Xameneinin arvadı öldürülüb

saytların hazırlanması

Evə çatdırılma

Xameneinin arvadı öldürülüb

Dünya

02 Mart 2026 17:26 532


İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin həyat yoldaşı Mənsurə Xocəstə ABŞ və İsrailin Tehrana endirdiyi hava zərbələri nəticəsində aldığı xəsarətlərdən ölüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İranın dövlət KİV-ləri məlumat yayıb.

Bildirilib ki, o, Ali Rəhbərin özünün və ailə üzvlərindən bir neçəsinin həlak olmasına səbəb olan ABŞ-İsrail birgə hava zərbəsi zamanı Xameneyi ilə birlikdə iqamətgahda olub. Pepperoni pizza

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hava zərbələri nəticəsində İranın Ali Rəhbəri Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur, Ali Rəhbərin müşaviri admiral Əli Şamxani, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və müdafiə naziri Əmir Nəsirzadə öldürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!