ABŞ Prezidenti Donald Tramp İranın gələcək Ali Rəhbəri postuna üç uyğun namizəd gördüyünü açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, bunu o, “The New York Times“ qəzetinə müsahibəsində bildirib.
Birləşmiş Ştatlar lideri deyib ki, İslam Respublikasına rəhbərlik edə biləcək üç çox yaxşı seçim var. pizza mizza
Lakin D.Tramp konkret adlar çəkməyib və bununla bağlı sualı cavabsız qoyub.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq ölkənin şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İranın Silahlı Qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib.
Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.
Hava zərbələri nəticəsində İranın Ali Rəhbəri Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur, Ali Rəhbərin müşaviri admiral Əli Şamxani, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və müdafiə naziri Əmir Nəsirzadə öldürülüb.
Əli Xameneinin varisi seçilənədək Ali Rəhbərin səlahiyyətlərini ayətullah Əli Rza Arafi icra edəcək.
Telegram kanalımız