Xameneinin varisinin seçkisi ilə bağlı yeni   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Xameneinin varisinin seçkisi ilə bağlı yeni AÇIQLAMA

Dünya

03 Mart 2026 11:20 1035


İranda tezliklə yeni Ali Rəhbər seçiləcək.

“Yeni Sabah” İSNA-ya istinadən xəbər verir ki, bunu İranın Ekspertlər Şurasının (Şura-ye Xobreqan) üzvü Ayətullah Əli Moəllemi bildirib.

Onun sözlərinə görə, ölkənin yeni ali dini liderinin seçilməsi prosesi uzun çəkməyəcək. Pepperoni pizza

Ayətullah Əli Moəllemi açıqlamasında vurğulayıb ki, Ekspertlər Şurasının üzvləri seçim zamanı şəxsi üstünlükləri nəzərə almayacaq və qərarlarını yalnız dini normalara əsaslanaraq verəcəklər.

O qeyd edib ki, narahat olmağa ehtiyac yoxdur, çünki seçki prosesi sürətli olacaq və keçmişdə olduğu kimi, inqilabın həlak olan lideri roluna uyğun bir şəxsiyyət ali rəhbər postuna gətiriləcək.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hava zərbələri nəticəsində İranın Ali Rəhbəri Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur, Ali Rəhbərin müşaviri admiral Əli Şamxani, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və müdafiə naziri Əmir Nəsirzadə öldürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!