Xanım deputat Paşinyanın Şuşa səfərindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Xanım deputat Paşinyanın Şuşa səfərindən danışdı

Siyasət

11 May 2019 10:33 1344


“Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altında olan Şuşaya və digər ərazilərimizə səfəri təxribat xarakteri daşıyır”.

"Yeni Sabah" xəbər verir ki, bunu Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, xarici işlər nazirlərinin Moskva görüşündən sonra qarşı tərəf müəyyən razılaşmalara əməl etməli idi. Amma Ermənistan bunun tam əksini edir. Toyuqlu pizza

“Bu isə qeyri-konstruktivlik deməkdir. Bütün bunlar onu göstərir ki, Ermənistan rəhbərliyi heç bir razılaşmaya əməl etmək istəmir. Məqsəd isə status-kvonu qoruyub saxlamaqdır. Hesab edirəm ki, münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatlar işğalçı tərəfin əməllərinə reaksiya bildirməlidir”-deyə, deputat qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!