Xanım sədr istefaya göndərildi - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Xanım sədr istefaya göndərildi - RƏSMİ

Rəsmi

11 Fevral 2020 21:07 1290


"Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) rəhbəri Mehriban Sadıqova Rusiyada yaşayan azərbaycanlıların təkidli tələblərindən sonra istefa verib".

"Yeni Sabah" xəbər verir ki, bu barədə modern.az-a Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri məlumat verib.

Məlumata görə,  Mehriban Sadıqova  qurumun  bu gün çağırılan növbədənkənar toplantısında istefa verməyə məcbur olub. Marqarita pizza

Belə ki təşkilatın üzvləri tələb ediblər ki, M.Sadıqova istefa verməsə, azərbaycanlılar təşkilatı kütləvi tərk edəcək.

Məlumata görə, Rusiyada, xüsusən Moskvada azərbaycanlıların birləşməsinə mane olduğu bildirilən Mehriban Sadıqovanın istefası uzun müddətdir təşkilat üzvləri tərəfindən tələb edilirdi.

Yeni sədrin seçilməsi üçün bu ilin aprelinə qurultay çağırılıb.

Məsələni dəqiqləşdirmək üçün Modern.az Diasporla iş üzrə Dövlət Komitəsinə müraciət edib.   Komitədən məlumatı təsdiqləyiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!