Xanım sərnişinlərə qarşı nalayiq hərəkətlər edən sürücü həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Xanım sərnişinlərə qarşı nalayiq hərəkətlər edən sürücü həbs edildi

Kriminal

22 Fevral 2022 18:21 765


Bakıda sərnişinlərə qarşı nalayiq hərəkətlər edən sürücü həbs olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr və Vətəndaşlarla İş şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, xanım müştərilərə qarşı hörmətsizlik edən taksi sürücüsü, 1989-cü il təvəllüdlü Röyal Həsənov barəsində toplanmış materiallar baxılması Yasamal Rayon Məhkəməsinə göndərilib. Dominos pizza

Məhkəmə xuliqanlıq hərəkətləri törətməkdə təqsirləndirilən R.Həsənov barəsində qərar çıxarıb. O, məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati həbs olunub və 1 illik sürücülük hüququndan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!