Xankəndi, müharibədən saatlar əvvəl: inanılmaz görüntülər – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Xankəndi, müharibədən saatlar əvvəl: inanılmaz görüntülər – VİDEO

Rəsmi

15 Noyabr 2023 11:07 1558


Qarabağdakı keçmiş separatçı rejimin 44 günlük müharibənin başlamasından bir neçə saat əvvəl – 2020-ci il sentyabrın 26-da qondarma “Stepanakert şəhəri günü”nü qeyd etməsi görüntüləri üzə çıxıb.

Globalinfo.az xəbər verir ki, videoda separatçıların keçmiş lideri, Gəncənin bombalanması əmrini verən, hazırda isə Bakıda təcridxanada cəzasını gözləyən Araik Arutyunyan da var.

O, əli Azərbaycan xalqının qanına batmış başqa bir caninin – Stepan Şaumyanın heykəli önünə gül qoyur. Dördpendirli pizza

Mərasimi isə orkestr müşayiət edir…

Yəqin, Azərbaycanın tarixi torpaqlarında soyqırım törədib oyuncaq “dövlət” quranlar və bu videoda yer alanlar ağıllarına belə gətirməzdilər ki, kadrlar çəkildikdən bir neçə saat sonra Azərbaycan Ordusu ildırımsürətli əks-hücum əməliyyatına başlayıb, ərazilərini işğaldan azad edəcək.

Onu da düşünmürdülər ki, cəmi 3 il sonra Xankəndidə, Xocalıda və digər ərazilərdə şanlı Azərbaycan bayrağı dalğalanacaq.

Terrorçu-separatçı rejimin İkinci Qarabağ müharibəsindən 1 gün əvvəl keçirdiyi qondarma “Stepanakert şəhəri günü”nün görüntülərini təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!