Xankəndidə separatçıların yuvası olan bina   SÖKÜLÜR

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidə separatçıların yuvası olan bina SÖKÜLÜR

Sosial

12 Mart 2025 14:38 199


Xankəndidə bir vaxtlar separatçıların yuvası olan qondarma hökumət evi sökülür.

Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, söküntü işləri artıq iki həftədən çoxdur ki, davam edir.

Məsələ ilə bağlı açıqlama verən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı faktı təsdiqləyib. Toyuqlu pizza

O qeyd edib ki, sözügedən binada Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Bərpa-Tikinti İdarəetmə Xidməti fəaliyyət göstərib. Hazırda söküntü işləri aparıldığı üçün əməkdaşlar digər binada yerləşdiriliblər.

"Binanın sökülməsinə səbəb isə onun istifadəyə yararsız olmasıdır. Təmir-bərpa işlərinin aparılmasına uyğun gəlmədiyi üçün sökülməsinə qərar verilib. Sökülən binanın yerində yeni, inzibati məqsədlər üçün istifadə olunacaq bina tikiləcək", - deyə A.Telmanqızı bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!