Xaricə köçüb, yeni adı, soyadı var...  - Bəs alimenti kim ödəsin?

saytların hazırlanması

Evə çatdırılma

Xaricə köçüb, yeni adı, soyadı var... - Bəs alimenti kim ödəsin?

Sosial

06 Mart 2025 17:33 593


“Tərəflərdən birinin xarici ölkəyə köçməsi onu qarşı tərəfə aliment ödəməsindən azad etmir”. 

Bu sözləri "Yeni Sabah"a hüquqşünas Ramil Süleymanov bildirib.

O əlavə edib ki, alimentlə bağlı qətnamə dövlətin adından çıxarılmış rəsmi sənəddir və icrası icbaridir: Toyuqlu pizza

“Tərəflərdən arasında boşanma olarsa və tərəflərdən biri xarici ölkəyə köçərsə, məhkəmə qətnaməsinin icrası heç bir halda ləngimir və dayanmır. Uşaqları özündə saxlayan tərəfə qarşı tərəfin aliment ödəməsi labüddür. Çünki bu qətnamə dövlətin adından çıxarılmış rəsmi sənəddir və icrası məcburidir”. 

Ramil Süleymanov diqqətə çatdırıb ki, aliment ödəyən şəxs xarici ölkə vətəndaşlığına keçsə, iş bir az çətinləşir:

“İncə məqam ondan ibarətdir ki, şəxs xarici ölkəyə köçüb, xarici ölkə vətəndaşlığını qəbul edib, yeni ad-soyad götürəcəyi halda, iş dolaşır. Bununla bağlı həmin qətnamənin həmin xarici ölkədə tanıdılması tələb olunur".

Hüquqşünas daha bir ciddi xatırlatma edib: "Alimentin ödənilməsi zamanı yeni uşaqlar doğularsa, bununla bağlı aliment yenidən hesablanır. Əgər tərəflərdən biri xaricə köçübsəa, onun keçmiş ərinə, yaxud arvadına aliment ödəmək öhdəliyi olarsa, bununla bağlı həmin qətnamənin də icrası məcburidir”.  

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!