“Xarici səfirlər dedi ki, qaç, canını qurtar“ - Fərari prezident

saytların hazırlanması

Evə çatdırılma

“Xarici səfirlər dedi ki, qaç, canını qurtar“ - Fərari prezident

Dünya

19 Avqust 2021 10:06 1443


"Kitablarımı, dəftərlərimi və hətta başmaqlarımı özümlə götürə bilmədim".

Yenisabah.az "Etemadonline"na istinadla xəbər verir ki, bunu Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəni bildirib.

Fərari dövlət başçısı hazırda Birləşmiş Ərəb Əmirliyindədir. Pepperoni pizza

Əmirliyin Xarici İşlər Nazirliyi bu barədə bəyanat verib.

Qəni və ailəsinə humanitar səbəblə sığınacaq verildiyi bildirilib.

Əfqanıstanı tərk etdikdən sonra eks-prezident ilk açıqlamalarını verib: "Prezidentin qaçdığını söyləyən heç kimə inanmayın. Özümlə heç nə çıxarmadım, hətta Saraydan başmaqla çıxdım".

Əşrəf Qəninin sözlərinə görə, təhlükəsizlik işçiləri ona həyatı üçün təhdid olduğunu və sui-qəsdin gizləndiyini bildiriblər. "Beynəlxalq nümayəndələr mənə dedilər ki, getməsən, vəziyyət daha da pisləşəcək. Odur ki, ölkədən çıxmalı idim".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!