“Barselona”nın yeni baş məşqçisi Xavi komandanın müdafiəçisi Jerar Pikeyə “El Hormiguero” verilişinə müsahibə verməyi qadağan edib.
Yenisabah.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Xavi Pikenin futbola aidiyyatı olmayan ictimai tədbirlərdə tez-tez görünməsindən razı deyil. pizza hut
Baş məşqçi futbolçuların diqqəti birinci növbədə “Barselona”ya yönəltmələrinin vacibliyini qeyd edib.
Xatıradaq ki, Xavinin “Barselona”nın baş məşqçisi kimi ilk rəsmi oyunu noyabrın 20-də “Espanyol”a qarşı olacaq. (Qol.az)
Telegram kanalımız