“Xəbəri eşidəndə göz yaşımı saxlaya bilmədim” - Polad Bülbüloğlu

saytların hazırlanması

Evə çatdırılma

“Xəbəri eşidəndə göz yaşımı saxlaya bilmədim” - Polad Bülbüloğlu

Siyasət

08 Noyabr 2020 15:20 2646


Mən qarabağlı olaraq bu xeyir xəbəri eşidən göz yaşımı saxlaya bilmədim. Allaha şükür edirəm ki, bu günü, qələbəmizi gördüm. Şuşada görəcək işlərimiz çoxdur.

Yenisabah.az xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

"Biz abidələrimizi Şuşaya qaytarmalıyıq, mən Şuşada atamın evini, "Xarı bülbül festivalı"nı yenidən bərpa etməliyəm. 1992-ci ildə Şuşa işğal olunduqdan sonra söz verdim ki, bu festival yalnız Şuşa, Qarabağ azad olunduğu zaman keçiriləcək. Bunun vaxtı gəlib çatıb. pizza

Mən hörmətli prezidentimizə, cənab Ali Baş Komandanımıza təşəkkür edirəm. Mən hər bir əsgərin qarşısında baş əyirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq və qalmayıb. Bu gün Şuşa azaddır. Azərbaycan xalqını təbrik edirəm. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan, yaşasın bizim birliyimiz!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!