Xətaidə yanğın: Neft çənləri üçün təhlükə yaranıb

saytların hazırlanması

Evə çatdırılma

Xətaidə yanğın: Neft çənləri üçün təhlükə yaranıb

Hadisə

24 İyul 2023 23:43 1126


“Bakının Xətai rayonunda yanğın zamanı neft sektoruna böyük təhlükə yaranıb”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.

O bildirib: "Yanğın Neftayırma Zavodunun Yanğın hasarının yaxınlığında, təxminən 4 ədəd 5 min kubmetrlik neft çənlərinə yaxın ərazidə olub. Küləyin sürəti yüksək olduğundan yanğın qısa zamanda böyük əraziyə yayılıb və neft sektoruna böyük təhlükə yaranıb. Bununla əlaqədar olaraq yanğın yerən yüksək çağırış elan olunub. Hadisə yerinə Bakı qarnizonunun qüvvə və vasitələri, 20 ədəd əsas yanğın avtomobili, 85 nəfər yanğınsöndürən cəlb olunub. Dominos pizza

Neft sektoru ilə yanaşı, burada salınmış agaclıq, yaşıllıq sektoru, əhalinin yaşadığı ərazilər mühafizə olunub. Yanğının səbəbini deyə bilmərik. Onu xüsusi təhqiqat qrupları müəyyən edəcək”, - FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!