Xətainin bəzi küçələrində işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Xətainin bəzi küçələrində işıq olmayacaq

Sosial

05 May 2025 11:39 146


Bu gün Bakının Xətai rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Yenisabag.az xəbər verir ki, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq kabel xəttində əsaslı təmir-bərpa işləri aparılır. Buna görə də saat 14:00-dan etibarən Aşıq Ələsgər, Rahib Məmmədov, Məhəmməd Hadi, Xudu Məmmədov küçələrinin bəzi ərazilərində, bir sıra ictimai və ticarət müəssisələrində, eləcə də bəzi mənzil tikinti kooperativlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!