Xəyallarınızdakı mənzilə aparan yol bu detallardan keçir

saytların hazırlanması

Evə çatdırılma

Xəyallarınızdakı mənzilə aparan yol bu detallardan keçir

Sosial

21 Fevral 2025 16:37 297


Eviniz sadəcə dörd divar deyil, rahatlıq, təhlükəsizlik və gələcəyinizin bir hissəsidir. Bir ev almaq, həyatınızdakı ən mühüm qərarlardan biri ola bilər. Amma bu yolda tələskənlik və ya xırda detalları gözdən qaçırmaq sizi peşman edə bilər. O zaman necə seçim etməli? Hansı məqamlara diqqət yetirmək vacibdir?

Yenisabah.az ev alarkən nəzərə alınmalı əsas detalları əmlak məsələləri üzrə ekspert Elnur Azadovla müzakirə edib:

“Daşınmaz əmlak almaq vətəndaşlar üçün vacib bir prosesdir. Bu, həm investisiya, həm də yaşayış şəraitinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Daşınmaz əmlak bazarında fərqli təkliflər mövcuddur. Yaşayış fondu baxımından fərdi evlər və çoxmənzilli binalar arasında seçim etmək olur. pizza sifarişi

Çoxmənzilli binalar iki kateqoriyaya ayrılır: köhnə və yeni tikililər. Yeni tikililərdə tikinti şirkətləri adətən inşa dövründə 3 ilədək daxili kredit xətti təklif edirlər. Bu zaman ilkin ödəniş 25-30% təşkil edir, qalan məbləğ hissəli ödənişlə tamamlanır. Bununla yanaşı, tikinti şirkətləri bəzən şəffaf olmayan praktikalara üstünlük verir. Misal üçün, binalarda çöl divarlar da sahəyə daxil edilərək alıcılardan ödəniş tələb olunur. Bu da alıcıları gələcəkdə 15-20% fərqlə üzləşdirmiş olur”.

Ekspert vurğulayıb ki, yeni tikililərdə risklərdən qorunmaq üçün alıcılar hüquqşunas məsləhəti almalı, müqavilə şərtlərini diqqətlə oxumalıdır:

“Həmçinin, ödənişləri nağd deyil, tikinti şirkətinin rəsmi hesabına nağdsız formada etmək daha məqsədəuyğundur. Bu zaman ƏDV-nin geri qaytarılması imkanı da yaranır.

Köhnə binalarda bu cür risklər nisbətən az olsa da, təmir problemləri üzə çıxa bilər. Alıcı evi elanda bəzədilmiş formada görsə də, ev boşaldıqdan sonra qüsurlar meydana çıxa bilər. Həmçinin, mənzilin əvvəlki şəxslərə aid qeydiyyatda qalma problemi yaranma ehtimalı var.

Fərdi evlərdə isə daha çox keyfiyyətsiz tikinti problemləri rast gəlinir. Həmin evlər keyfiyyətsiz materiallardan inşa oluna, sənədlərinin qaydasında olmaya bilər. Bəzi hallarda kommunikasiya xətlərində nasazlıqlar olur. Habelə, bataqlıq zonalarında inşa edilmiş evlərdə qış aylarında həyəti su basa bilər.

Evlərin alınması prosesində bu riskləri minimuma endirmək üçün mütəxəssislərdən dəstək almaq çox vacibdir. Tikilinin növündən asılı olaraq, qeyd olunan məsələlərə diqqət yetirmək lazımdır”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!