Müğənni Şəbnəm Tovuzlu “MTV Maqazin”ə açıqlamasında həyat yoldaşı ilə münasibətlərindən danışıb.
Yenisabah.az xəbər verir ki, ifaçı həyat yoldaşının qısqanc olduğunu bildirib: "Bunu bir dəfə geyindim, güclü söz-söhbət oldu. Yanlarından və sinə hissəsindən bədənim görünürdü deyə icazə vermədi".
Ş.Tovuzlu həyat yoldaşı ilə fotosunu paylaşmama səbəbini də bölüşüb: Dördpendirli pizza
"Bu dəqiqə yan-yana şəklimizi çıxardım. Bilirəm ki, xoş söz yazmayacaqlar. İllərdir görmək istəyənlər var, əslində yıxıb-sürüyəcəklər, nələr yazacaqlar. Ən yaxşısı görməsinlər. Görməyəndə daha şirin, maraqlı olur".
İfaçı onu da qeyd edib ki, heç vaxt xəyanətə görə, ailəsini dağıtmaz:
“İlk dəfə iki gün küsülü qalmışdıq. Artıq havam çatmırdı. Xəyanətə görə ailəmi dağıtmaram. Sevgimizin bitməsini çoxları sitəyir. Amma bu olmayacaq, alınmayacaq, arzularına çatmayacaqlar. Sevgimizi bitirən yalnız o ola bilər ki, nə zamansa məni kimlərinsə ayağına verər”.\Axşam.az
Telegram kanalımız