“Xəzər Dəniz Gəmiçiliyi”nin 4 əməkdaşı koronavirusa   YOLUXDU

saytların hazırlanması

Evə çatdırılma

“Xəzər Dəniz Gəmiçiliyi”nin 4 əməkdaşı koronavirusa YOLUXDU

Sosial

03 İyun 2020 15:52 621


Son 3 sutka ərzində aparılan testlərin nəticəsinə görə 4 dənizçinin analizi pozitiv olub.

Yenisabah.az xəbər verir ki, bunu "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib.

Onun sözlərinə görə, həmin əməkdaşlar hazırda karantinə alınıb və özlərini yaxşı hiss edirlər. pizza hut

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dənizçiləri gəmiyə növbəyə getməzdən əvvəl təcrid proseduru əsasında yeni növ koronavirus (COVID-19) xəsətliyinə qarşı analizdən keçirlər.

Xatırladım ki, ASCO-da koronavirus pandemiyası ilə əlaqədar qabaqlayıcı tədbirlər 2020-ci ilin əvvəlindən görülür. Gəmilər və sahil obyektləri mütəmadi dezinfeksiya edilir, əməkdaşlar isə fərdi mühafizə, o cümlədən dezinfeksiyaedici məhlullarla təmin olunur. Hazırda ASCO-da iş öz ahəngi ilə davam edir, əməkdaşlar fəaliyyətlərini Nazırlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında həyata keçirirlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!