Xəzər dənizində brokonyerlər saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Xəzər dənizində brokonyerlər saxlanılıb

Kriminal

03 Oktyabr 2025 11:34 385


Xəzər dənizində brokonyerlər saxlanılıb.

Bu barədə Yenisabah.az-a  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, İdarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı Lənkəran rayonu Xəzər dənizinin su ərazisində qanunsuz balıq ovu ilə məşğul olan A.Salayev və Ə.İslamov saxlanılıblar. Pepperoni pizza

Baxış zamanı həmin şəxslərdən 183 ədəd müxtəlif növ balıqlar və ov alətləri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Xəzər dənizində, xidməti ərazi olan qoruq, milli park və su hövzələrində su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!