Xəzərdə 6 il əvvəl itkin düşən neftçinin qalıqları tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Xəzərdə 6 il əvvəl itkin düşən neftçinin qalıqları tapıldı

Hadisə

09 Dekabr 2021 00:31 1064


2015-ci il dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən birinin meyitinin tibbi ekspertizasından sonra şəxsiyyəti müəyyənləşib. Meyit ölən neftçilərdən birinə – 1961-ci il təvəllüdlü Bəhmən Cəfərova məxsusdur.

Yenisabah.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya neftçinin oğlu Bəhruz Cəfərov məlumat verib.

Xatırladaq ki, dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları – 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar. Qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. Dördpendirli pizza

Qeyd edək ki, “Günəşli” yatağında baş verən faciə də eyni vaxta təsadüf edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!