XİN-dən Ceyhun Bayramovla Mayk Pompeo görüşü barədə AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

XİN-dən Ceyhun Bayramovla Mayk Pompeo görüşü barədə AÇIQLAMA

Siyasət

23 Oktyabr 2020 19:29 4692


Bu gün ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Ceyhun Bayramov ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, Xarici İşlər Nazirliyi görüşlə bağlı məlumat yayıb.

Məlumata görə, nazir Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb, Ermənistan tərəfinin destruktriv siyasəti, Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib. Dördpendirli pizza

Nazir Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır.

Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!