Xırdalanda çoxmərtəbəli binada yanğın - Video

saytların hazırlanması

Evə çatdırılma

Xırdalanda çoxmərtəbəli binada yanğın - Video

Hadisə

08 Oktyabr 2021 00:07 1146


Xırdalan şəhərində çoxmərtəbəli binada yanğın hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən yaşayış binasının 11-ci mərtəbəsinin eyvanında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya bildirib ki, "112" qaynar xətt nömrəsinə sözügedən binada yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunub. pizza hut

Qurum rəsmisi qeyd edib ki, qısa müddətdə alovun qarşısı alınıb, yanğın digər mənzillərə keçməyib.

Hadisə zamanı xəsarət alan olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!