Xırdalandakı məktəb niyə təmir edilmir? - Video

saytların hazırlanması

Evə çatdırılma

Xırdalandakı məktəb niyə təmir edilmir? - Video

Sosial

26 Sentyabr 2024 00:57 823


Xırdalan şəhər 2 saylı tam orta məktəb yararsız vəziyyətdədir.

Belə ki, təhsil ocağının tavanı və döşəməsi çöküb, sanitar qovşaqlara girmək isə mümkün deyil.

"İstilik problemi var, damdan su axır. Məktəb, demək olar ki, uçur. Neçə ildir ki, bu vəziyyətdəyik", - deyə valideynlər narazılıqlarını dilə gətiriblər. Pepperoni pizza

Abşeron-Xızı Regional Təhsil İdarəsindən sözügedən məktəb binasının mövcud vəziyyəti barədə məlumatlı olduqlarını bildiriblər:

"Təhsil müəssisəsinə baxış keçirilib və son durum dəyərləndirilib. Məktəblərin təmiri və tikintisi növbəlilik əsasında həyata keçirilir. Növbəti tədris ilində sözügedən təhsil ocağında əsaslı təmir-bərpa işləri aparılacaq".

Daha ətraflı Baku TV-nin materialında:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!