“Xocalı” gəmisi ABŞ-yə yola düşdü

saytların hazırlanması

Evə çatdırılma

“Xocalı” gəmisi ABŞ-yə yola düşdü

İqtisadiyyat

14 Noyabr 2025 10:35 482


AZCON Holding şirkətlərindən olan ASCO-nun “Handysize” tipli “Xocalı” quru yük gəmisi Avstraliyanın Kembla limanından ABŞ-nin Los-Anceles limanına doğru yola düşüb.

“Yeni Sabah” xəbər verir ki, gəmi 24 251 ton polad yüklə səfərə çıxıb və onun təyinat limanına növbəti həftənin sonlarında çatması gözlənilir.

Hazırda “Xocalı” Sakit okean akvatoriyasında tam təhlükəsiz naviqasiya rejimində hərəkət edir. Reys bütün beynəlxalq əməliyyat standartlarına uyğun icra olunur. Pepperoni pizza

Qeyd edək ki, “Xocalı” gəmisi 2024-cü il 27 may tarixində Çin Xalq Respublikasında istismara verilib. Məhdudiyyətsiz üzmə imkanlarına malik bu “Handysize” tipli quru yük gəmisinin yükgötürmə qabiliyyəti (dedveyt) 38 593 ton, uzunluğu 180, eni 30, suya oturumu 10,47 metr, maksimal sürəti isə 15,7 uzeldir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!