Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı

Hadisə

13 Yanvar 2026 17:04 331


Yanvarın 13-də Xocalı rayon Dağyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan “Yeni Sabah”a bildirilib ki, araşdırmalar nəticəsində yanğının Xocalı rayonundakı fermalardan birində çoban işləyən, 1977-ci il təvəllüdlü Babaxan Əhmədovun siqaret kötüyünü yerə atması nəticəsində baş verdiyi məlum olub. 

Hadisə nəticəsində ümumilikdə 5 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb. Marqarita pizza

B.Əhmədov barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!