Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın oldu - Video

saytların hazırlanması

Evə çatdırılma

Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın oldu - Video

Hadisə

24 İyul 2021 14:22 1012


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xocavənd rayonunun Şahyeri kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, məlumat əsasında dərhal FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri yanğının söndürülməsi işlərinə cəlb olunub. Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın sıx meşəlik sahəyə keçməsinin qarşısı alınaraq söndürülüb.

pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!