Xocavənddə mina partladı, ölən var

saytların hazırlanması

Evə çatdırılma

Xocavənddə mina partladı, ölən var

Hadisə

13 Oktyabr 2023 15:00 753


Xocavənd rayonunda 1 nəfərin ölümü, digər şəxsin isə xəsarət alması ilə nəticələnən mina partlayışları üzrə araşdırma aparılır.

Yenisabah.az xəbər verir ki, bu barədə Xocavənd Rayon Prokurorluğu məlumat yayıb.

Oktyabrın 13-də saat 05 radələrində işğaldan azad edilmiş Xocavənd rayonu, Haramı düzü ərazisində 2 ədəd yük maşınının minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Pepperoni pizza

Araşdırma zamanı hadisə nəticəsində “Qazel” markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Famil Əbilovun ölməsi və “Mercedes-Benz Atego” markalı avtomobilinin sürücüsü, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!