Xomeyninin nəvəsi COVID-ə yoluxub - İddia

saytların hazırlanması

Evə çatdırılma

Xomeyninin nəvəsi COVID-ə yoluxub - İddia

Dünya

17 Avqust 2021 09:46 799


Sosial şəbəkələrin İran seqmentində İslam Respublikasının qurucusu Ayətullah Xomeyninin nəvəsi höccətülislam Seyyid Əli Xomeyni və ailəsinin koronavirusa yoluxduğuna dair xəbər paylaşılır.

Yenisabah.az xəbər verir ki, bu iddiaya istinad edərək müzakirələrdə İranda COVID-19-la bağlı acınacaqlı vəziyyətə işarə olunur.

Xomeyni ailəsindən hələ ki bu məlumata rəy bildirilməyib.  pizza

Seyyid Əli Xomeyninin özü isə bir neçə il əvvəl ruhani təhsilini dava etdirmək üçün İraqa yola düşüb.

Onun hazırda İraqda, yaxud İranda olduğu bilinmir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!