Xorvatiya çempionatı: Mahir oynadı, komandası qələbə qazandı

saytların hazırlanması

Evə çatdırılma

Xorvatiya çempionatı: Mahir oynadı, komandası qələbə qazandı

İdman

29 Yanvar 2023 09:01 958


Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"u bu gün Xorvatiya çempionatında 19-cu tur oyununa çıxıb. 

Yenisabah.az xəbər verir ki, komanda "Lokomotiva"nı qəbul edib. Matç "Dinamo"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Dinamo"nun qollarını Stefan Rustovski (36-cı dəq.) və Martin Baturina (58) vurub. 

Mahir də bu oyunun iştirakçısı olub. O, meydana 70-ci dəqiqədə Yosip Drmiçin əvəzinə çıxıb və sonadək mübarizə aparıb.  Dördpendirli pizza

Qeyd edək ki, "Dinamo" hazırda turnir cədvəlində 45 xalla 1-ci, "Lokomotiva" 19 xalla 7-cidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!