Bu gün DÇ-2022-də bürünc medal uğrunda qarşılaşma oynanılıb.
Yenisabah.az xəbər verir ki, matçda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəlib. "Xəlifə" stadionu keçirilən görüşdə Xorvatiya 2:1 hesabı ilə qalib gələrək dünya üçüncüsü olub.
Qeyd edək ki, yarımfinalda Xorvatiya Argentinaya (0:3), Mərakeş isə Fransaya uduzub (0:2).
DÇ-2022
Bürünc medal uğrunda oyun
19:00. Xorvatiya - Mərakeş - 2:1
Qol: Yosko Qvardiol, 7, Mislav Orsiç, 42 - Aşraf Dari, 9
Baş hakim: Əbdülrəhman Əl-Yassin (Qətər)
"Xəlifə" stadionu.
Telegram kanalımız