Xorvatiya - Mərakeş matçının hakimləri bəlli oldu

Xorvatiya - Mərakeş matçının hakimləri bəlli oldu

İdman

16 Dekabr 2022 09:11 699


Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında oynanılacaq üçüncü yer uğrunda görüşün hakimləri müəyyənləşib. 

Yenisabah.az xəbər verir ki, matçın baş hakimi qətərli Əbdülrəhman Əl-Cassim olacaq. 

Ona həmyerliləri Taleb Əl-Mari və Səud Əl-Maqali kömək edəcəklər. Dördüncü hakim funksiyasını braziliyalı Rafael Klaus yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 17-də keçiriləcək Xorvatiya - Mərakeş matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!