Xudatda narkotik dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən şəhər sakini Elman Qasımovu saxlanılıb. Onun üzərinə, eləcə də avtomobilinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan tiryək və marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Sezar pizza
Telegram kanalımız