"Heç vaxt abort etdirməmişəm. Mən övladı tələf etməyə qarşıyam. O analar ki, abort etdirir, onları mən "qatil analar" adlandırıram. Onlar övladlarının "qatilidirlər".
Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu "Günə son" ictimai-sosial verilişində deyib.
Selektiv abortlara qarşı olduğunu dilə gətirən sənətçi, ültrasəs müayinəsi zamanı qayınanası tərəfindən bir qadının qız övladını tələf etməsindən söz açıb: pizza
"Dəfələrlə ültrasəs müayinəsində analar ilə rastlaşmışam. Qayınanası deyib ki, əgər bətnində ki, qızdırsa evə gəlmə. Bundan şok yaşayırdım ki, necə ola bilər ki, bu ixtiyar sənin özündə deyil. Burada tək günah anada yox, eyni zamanda ondan evdə tələb edən digər insanlardadır. Özü də bətnində ki, övlad 3 aylıqdır. Amma heç bu da fərq etmir istəyir bir həftə olsun, istəyir 3 ay, axı bu uşağı sənə Allah bəxş edib. Bu Allahın sənə bir payı, lütfüdür.
Ailələr var ki, uşaqlarının olması üçün milyonlarla pul xərcləyirlər. Həmin qız deyir ki, artıq bir qızım var və qayınanam deyir ki, əgər bətnində yenə qızdırsa onu tələf et, sonra evə gəl. Bu dəhşətdir! Axı sən qayınana, özün qadın və anasan. Sən axı bunu necə gəlinindən tələb edə bilərsən? Kişilərimiz də deyir ki, mən qız yox oğlan övladı istəyirəm. Bu körpəni sizə verən Allahdır. Tibbdə bunu deyir ki, övladın qız və ya oğlan olması kişidən asılıdır. Bax elə ona görə mənim 4 övladım var".
Telegram kanalımız