Xuraman Şuşalıdan sərt sözlər: “Bu, şərəfsizliyin ən son həddidir!”

saytların hazırlanması

Evə çatdırılma

Xuraman Şuşalıdan sərt sözlər: “Bu, şərəfsizliyin ən son həddidir!”

Şou

07 Yanvar 2022 13:45 1975


Biləsuvar Rayon Polis Şöbəsinə İkinci Qarabağ müharibəsi şəhidi Cavid Mahmudovun xatirəsinə tikilmiş abidənin qarşısından 4 ədəd gül dibçəyinin oğurlanması barədə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Əsgərabad kənd sakini Z.İbrahimli müəyyən edilərək saxlanılıb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı bu hadisəni rəzalət adlandırıb: Marqarita pizza

“Oğurluq dində də haram sayılır. İkincisi, bu əmələ əl atan adam rəzil hərəkət edib. Biz həmişə görmüşük ki, oğrular dəyərli, gəlir gətirən əşyaları oğurlayıblar. Bu artıq insanın şərəfinin yerlə bir olmasıdır ki, şəhid qəbrindən nəsə oğurlayasan. Həmin şəxsin nəinki əliəyridir, həmçinin qanı xarabdır! Yəqin ki, onun qanında qarışıq var. Əgər azərbaycanlı qanı axsa idi, heç vaxt şəhid məzarına gözünü dikməzdi. Ondansa, gedib əl açıb dilənərdi. Bu, şərəfsizliyin ən son həddidir!”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!