Xviça Qafqazın Maradonasıdır

saytların hazırlanması

Evə çatdırılma

Xviça Qafqazın Maradonasıdır

İdman

02 İyun 2025 13:29 418


Tiflisin meri Kaxaber Kaladze “PSJ” ilə Çempionlar Liqasını qazanan həmyerlisi Xviça Kvaratsxeliyanı tərifləyib. 

Yenisabah.az xəbər verir ki, özü də keçmiş futbolçu olan Kaladze yerli mətbuata verdiyi müsahibədə 24 yaşlı futbolçunu “Qafqazın Maradonası” adlandırıb:

“Bu barədə nə demək olar ki, sadəcə qürur duyuram. O, qol vuranda çox duyğulandım. Xviça təkcə bizim yox, bütün Qafqazın fəxridir. O, hamımızın rekordunu qıracaq. Özünə də demişəm, Xviça Qafqazın Maradonasıdır. Əhsən cavan oğlan, oyna və qazan!” Dominos pizza

Qeyd edək ki, Kaxaber Kaladze “Milan” klubunun heyətində 2 dəfə Çempionlar Liqasını qazanıb. Xviça Kvaratsxeliya isə ötən gün “PSJ” klubu ilə bu kuboku qazanan növbəti gürcü futbolçu olub. O, finalda komandasının 4-cü qolunu vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!