“Ya Kəmaləddin Heydərovun pulu qurtarıb, ya da...”

saytların hazırlanması

Evə çatdırılma

“Ya Kəmaləddin Heydərovun pulu qurtarıb, ya da...”

İdman

09 Fevral 2022 13:56 3119


“Ey gidi dünya. Əvvəllər ölkədə bir neçə idman federasiyası Kəmaləddin Heydərovun cibinə baxırdı, indi daha Kamaləddin müəllim favorit deyil, boks federasiyasına da onu çıxarıb Sahil Babayevi təyin ediblər”.

“Yeni Sabah” xəbər verir ki, bunu sosial şəbəkədə iqtisadçı ekspert Natiq Cəfərli yazıb. K. Heydərovun Boks Federasiyasının prezidenti postundan grtməsi, yerinə Sahil Babayevin seçilməsinin səbəbi haqda ekspert ehtimalını səsləndirib:

“Ya Kamal müəllimin pulu qurtarıb, ya ona olan güvən tükənib, ya da Sahil Babayev daha çox varlanıb ki, boksun xərclərini də ona yüklədilər.  Dominos pizza

Ölkədə idmanda belə heç nə dəyişmək istəmirlər, korrupsiya pulları ilə idman saxlayırlar, əgər qədim Afinada bilsəydilər ki, sağlamlığa, dostluğa, rəqabətə xidmət etməli olan idmanı bir neçə min ildən sonra Azərbaycan məmurları çirkli pulları ilə saxlayacaqlar, bəlkə də, heç Olimpiada zad kəşf etməzdilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!