Yağış başladı: Ölkə ərazisində hava pisləşdi

saytların hazırlanması

Evə çatdırılma

Yağış başladı: Ölkə ərazisində hava pisləşdi

Sosial

25 Mart 2026 11:28 720


Martın 25-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin səhər saatlarından bəzi yerlərdə yağış yağır.

Düşən yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Naxçıvan, Şahbuz, Culfa, Şəki, Naftalan, Goranboy, Mingəçevir, Ağdam, Tərtər, Yevlax, Yardımlı, Lerikdə 1 mm-dək olub. Sezar pizza

Bakıda və Abşeron yarımadası, Gəncə, Naftalan, Xaltan, Lerik, Astarada duman müşahidə olunur, görünüş 200-500 metrədək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan MR-da 17, Aran rayonlarında 23, dağlıq rayonlarda isə 18 dərəcəyədək isti qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!