Yağış yağır -   FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Yağış yağır - FAKTİKİ HAVA

Sosial

26 Mart 2026 09:54 312


Martın 26-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Ağdamda 7, Şabran, Bərdə, eyni zamanda Bakıda və Abşeron yarımadasında 6, Xızı, Sədərək və Şərurda 5, Beyləqan, Xaçmaz, Goranboy və Zərdabda 4, Quba, Tərtər, Culfa, Ordubad, Naxçıvan, Naftalan, Tovuz, Şəki, Oğuz, Şamaxı, Yevlax, Ağstafa, Şahbuz, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Zaqatala, Qəbələ, Qobustan, Şahdağ, Balakən, Qax, Qusar, Şirvan, Mingəçevir, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə 3 mm-dir. Toyuqlu pizza

Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Sarıbaş (Qax), Şəki, Oğuz, Qəbələ, Qobustan, Şamaxı, Quba, Qusar, Tərtər, Göyçay, Sabirabad, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!