Yağışlı-küləkli hava nə vaxtadək davam edəcək?

saytların hazırlanması

Evə çatdırılma

Yağışlı-küləkli hava nə vaxtadək davam edəcək?

Sosial

03 May 2025 09:43 310


Milli Hidrometeorologiya Xidməti mayın 3-ü saat 9:00-a olan faktiki hava açıqlayıb.

Yenisabah.az xəbər verir ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Düşən yağıntının miqdarı Qaxda 11, Balakəndə 10, Tovuz, Daşkəsən və Zaqatalada 9, Şahdağ, Göygöl və Şahbuzda 6, Şərurda 4, Cəfərxan, Yardımlı, Culfa, Gəncə və Ordubadda 3, Biləsuvar, Beyləqan, Sabirabad, Şəki, Ceyrançöl və Gədəbəydə 2, Naxçıvan, Naftalan, Qobustan, Qusar, Tərtər, Mingəçevir, Yevlax, İmişli, Lerik, Cəlilabad, Lənkəran və Astarada 1 mm-dir. Marqarita pizza

Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Daşkəsəndə 23, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Yardımlı, Balakən, Mingəçevir və Şahdağda 20, Altıağac və Şahbuzda 18, Göygöl, Xınalıq və Gədəbəydə 16, Culfa və Şəkidə 15 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Aran rayonlarında 23, Naxçıvan MR-da 29, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 6-dək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!