Yakutiyada asteroidə görə döyüş hazırlığı...

saytların hazırlanması

Evə çatdırılma

Yakutiyada asteroidə görə döyüş hazırlığı...

Dünya

03 Dekabr 2024 21:39 755


C0WEPC5 asteroidi Yakutiya (Rusiya) ərazisində atmosferin üzərindən keçib, dağıntı və tələfat olmayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Saxa Respublikası (Yakutiya) üzrə Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında məlumat verilib.

"Yakutiya ərazisində potensial təhlükəli asteroidin aşkar edilməsi və Yerə yaxınlaşması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Halların Qarşısının Alınması və Cavab Verilməsi üzrə vahid dövlət sisteminin idarəetmə orqanlarının qarşılıqlı əlaqədə olan bütün strukturlarının qüvvə və vasitələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Xoşbəxtlikdən, asteroid atmosferin üstündən keçib. Olekminski və Lenski rayonlarının sakinləri bu gecə “kometayabənzər quyruğu” və alovları müşahidə edə biliblər”, - məlumatda deyilir./Axar.az pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!