İranın paytaxtı Tehranda Ukraynaya məxsus vurulan təyyarədə həlak olanların xatirəsini yad etmək üçün keçirilən anım mərasimi hökümət əleyhinə aksiyaya çevirilib.
“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, xeyli sayda toplaşan insan hökümət əleyhinə “Ölkəni rahat buraxın”, “Diktatora ölüm”, “Yalançılar istefa”, “"Silahlı Qüvvələrin Ali Baş Komandanına (Ayətullah Əli Xameneyi) istefa”, “Mənə fitnəkar demə, fitnəkar sənsən” kimi şüarlar səsləndiriblər.
Polis onların qarışısını almağa çalışıb və həmin əraziyə digər vətəndaşların gəlməsinə icazə verməyib. Toyuqlu pizza
Telegram kanalımız