Yan üstə yatmaq üzdə qırışlar yaradır

saytların hazırlanması

Evə çatdırılma

Yan üstə yatmaq üzdə qırışlar yaradır

Sağlamlıq

28 Oktyabr 2023 11:50 7526


Yan üstə yatmaq üzünüzün dərisinə mənfi təsir göstərə bilər.

Yenisabah.az Daily Mail-ə istinadla xəbər verir ki, bu barədə kosmetoloqlar xəbərdarlıq edib.

Onların sözlərinə görə, yan üstə yatmaq kimi zərərsiz vərdiş dərinin vizual qocalmasına və üz asimmetriyasının yaranmasına səbəb olur. Bu, üzün bir tərəfindəki dərinin bir neçə saat ərzində "əzilmiş" vəziyyətdə olmasından baş verir. pizza

Yuxudan oyandıqdan sonra üz və boyunda burundan dodaqların künclərinə qədər uzanan şaquli qırışların əmələ gəlməsi mümkündür. Eyni şey cazibə qüvvəsinin təsiri altında bədənin digər hissələri ilə də baş verir - dekolte bölgəsində qırışlar görünə bilər. Zamanla bu cür dəyişikliklər geri dönməz olur, çünki dəri effektiv şəkildə bərpa etmək qabiliyyətini itirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!