Yanacaq çənində siqaret keçirmək istədi

saytların hazırlanması

Evə çatdırılma

Yanacaq çənində siqaret keçirmək istədi

Kriminal

20 May 2019 09:54 1073


Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Komitədən “Yeni Sabah”a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində xüsusi düzəldilmiş yerdən 5 760 ədəd "King" markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!