Yanğında xəsarət alan Ləmanla bağlı   YENİ XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Yanğında xəsarət alan Ləmanla bağlı YENİ XƏBƏR

Hadisə

25 Noyabr 2025 19:55 1039


Könül Vəlibəylinin qızı Ləman Qulamovanın "Yeni Klinika"da müalicəsi davam edir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə jurnalist Fuad Cəfərov məlumat verib.

O bildirib ki, həkimlərin azyaşlının vəziyyətində az da olsa irəliləyiş olduğunu deyiblər.  Dominos pizza

"Buna baxmayaraq Ləmanın həyati təhlükəsi davam edir, hələ də süni tənəffüs aparatına bağlıdır. Süni tənəffüs aparatından ayrıldıqdan sonra beyin müayinəsi aparılacaq, bu proses isə ən azı 2 həftə davam edəcək. Hazırda həkimlər Ləmanın yaşaması üçün əllərindən gələni edirlər" - deyə Fuad Cəfərov bildirib. 

Qeyd edək ki, Yasamal rayonunda baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 20 nəfər yaralanıb. Hadisə nəticəsində Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli də ölüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!