Yanğında prokuror və ailə üzvləri öldü - Fotolar+Video

saytların hazırlanması

Evə çatdırılma

Yanğında prokuror və ailə üzvləri öldü - Fotolar+Video

Dünya

16 Sentyabr 2019 08:21 1297


Rusiyanın Krasnoyarsk diyarının Lesosibirsk şəhərində beşmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

"Yeni Sabah"ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hadisə ötən gün axşam saatlarında binanın 3-cü mərtəbəsində qeydə alınıb.

Yanğın nəticəsində, 4-ü uşaq olmaqla 8 nəfər vəfat edib. Həlak olanlar Lesosibirsk şəhərinin prokuroru Vasili Fedortsov,onun həyat yoldaşı və iki uşağı, eləcə də prokurorun bacısı, əri və iki uşağıdır.  Pepperoni pizza

Yanğına səbəb kimi ilkin variant olaraq qısa qapanma göstərilir.

Qeyd olunur ki, 36 yaşlı Fedortsov 2006-cı ildən prokurorluq orqanlarında fəaliyyət göstərirmiş. Bu ilin aprelində Lesosibirskə prokuror təyin edilibmiş.

/qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!