Yanılmışıq! Gündə 10 min addım atmaq əvəzinə...

saytların hazırlanması

Evə çatdırılma

Yanılmışıq! Gündə 10 min addım atmaq əvəzinə...

Sağlamlıq

06 Fevral 2024 16:08 3144


Gündə müəyyən sayda addım atmağın sağlamlıq üçün vacib olduğu uzun illərdir deyilir.

Yenisabah.az xəbər verir ki, yeni elmi araşdırmalar bu məşhur inancın əksinə olaraq, gündə 10 min addım atmağın o qədər də vacib olmadığını göstərir.

Araşdırmaya görə, gündə 10 min addım atmaq insanlarda lazımsız stress yaradır. Marqarita pizza

Bəs 10 min addımı başqa nə ilə əvəz edə bilərik?

Tədqiqatçılar bildirilir ki, gündə 5 mərtəbə, yəni orta hesabla 50 pilləkən qalxırsınızsa, bu, ürək xəstəlikləri riskini xeyli azaldır. Liftlərdən istifadə etməməklə ürək sağlamlığınızı yaxşılaşdıra bilərsiniz.

Sağlam və ideal bədən quruluşunda qalmaq üçün gündə 10 min addım atmağın vacib olduğu uzun müddətdir deyilsə də, yeni araşdırma təxminən, 4 min addımın kafi ola biləcəyini göstərir.

Dünya üzrə 226 000-dən çox insanın təhlili ilə belə nəticəyə gəlib ki, hər hansı səbəbdən vaxtından əvvəl ölüm riskini azaltmağa başlamaq üçün gündə 4 000 addım kifayətdir.

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!