Yanlış əməliyyat olunan 16 yaşlı idmançı vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Yanlış əməliyyat olunan 16 yaşlı idmançı vəfat etdi

Hadisə

05 İyul 2023 13:50 14155


Ötən ilin noyabrında avtomobillə vurulan və yanlış əməliyyat nəticəsində ölümcül vəziyyətə düşən 16 yaşlı Ümüd Əhmədov ötən gün dünyasını dəyişib.

“Yeni Sabah” "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə gəncin anası Qızılgül Quliyeva sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, övladının xəstəliyinin əlacı tapılmışdı və sağalmasına çox az qalmışdı. Lakin bundan artıq dözə bilməyən Ümüdün ürəyi dayanıb. Marqarita pizza

Qeyd edək ki, Ü. Əhmədov qəzadan sonra "Medera Hospital"a çatdırılmışdı. Anasının sözlərinə görə, xəstəxanada əməliyyat zamanı onun nəfəs borusu və qida borusunun arası yırtılıb.

Əməliyyat və müalicələrə 180 min manat pul xərclədiyini deyən ana bildirmişdi ki, 7 aydan çox övladının boğazından bir qurtum su da keçməyib və uşağın çəkisi 90 kq-dan 20-yə düşüb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!