YAP bələdiyyələrdə çalışan üç nəfərin namizədliyini irəli sürüb

saytların hazırlanması

Evə çatdırılma

YAP bələdiyyələrdə çalışan üç nəfərin namizədliyini irəli sürüb

Siyasət

18 İyul 2024 09:58 884


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti 1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkilərindəki namizədlərinin siyahısını dünən açıqlayıb. 

Modern.az xəbər verir ki, YAP-ın siyahısında üç bələdiyyə işçisi də var.

Belə ki, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyi irəli sürülən Hümbət Rəhim oğlu Hüseynov hazırda Binəqədi rayonundakı Rəsulzadə bələdiyyəsinin sədri vəzifəsində işləyir. Marqarita pizza

YAP-ı 18 saylı Nərimanov - Nizami - Binəqədi seçki dairəsində təmsil edəcək Nizami Babaş oğlu Babaşov  Nərimaov bələdiyyəsində şöbə müdiri vəzifəsində çalışır.

36 saylı Xətai -Suraxanı seçki dairəsindən namizədliyi irəli sürülən Nərminə Aslan qızı Hacıyeva isə Xətai bələdiyyəsinin sədr müavinidir.

Bu namizədlərin adları çəkilən dairələrdə nə qədər şanslı olacaqları qarşıdakı seçki marafonunda bilinəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!