Hakim Yeni Azərbaycan Partiyası (YAP) 90 saylı Ağdaş seçki dairəsindən deputatlığa yeni namizəd irəli sürüb.
Yenisabah.az saytının məlumatına görə, hakim partiya 90 saylı Ağdaş seçki daisəindən Əli Abbas oğlu Hüseynovu özünün deputatlığa namizədlər siyahısında göstərib.
Əvəzində indiyədək həmin dairəni Milli Məclisdə təmsil edən Cavid Osmanov “vurulub”. pizza
YAP-ın bu gün açıqlanan deputatlığa namizədlər siyahısında o yer almayıb.
Qeyd edək ki, Cavid Osmanov beşinci və altıncı çağırış Milli Məclisin üzvü olub.
O, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Ağdaş rayon təşkilatının sədridir.
“Yeni Sabah” xatırladır ki, iki ildən çoxdur ki, Cavid Qurbanovun partiya rəhbərliyi ilə münasibəti xoş olmayıb.
O, YAP İdarə Heyətinin üzvü olmasına rəğmən, iqtidar partiyasının bütün tədbirlərindən kənarda qalıb. C.Qurbanova hətta YAP funksioneri kimi telekanallara çıxmaq, saytlara və qəzetlərə müsahibə vermək qadağan olunmuşdu.
Onun tezliklə YAP Ağdaş rayon təçkilatı sədri vəzifəsindən də uzaqlaşdırılacağı gözlənilir.
Telegram kanalımız