YAP-ın siyahısına düşməyən naxçıvanlı deputat DANIŞDI

saytların hazırlanması

Evə çatdırılma

YAP-ın siyahısına düşməyən naxçıvanlı deputat DANIŞDI

Siyasət

25 İyul 2024 15:17 756


Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasından (YAP) namizədliyi irəli sürülməyən millət vəkillərindən biri də Cəbi Quliyevdir.

Yenisabah.az xəbər verir ki, Cəbi Quliyev seçkilərdən sonrakı fəaliyyəti barədə Modern.az-a danışıb. O bildirib ki, fəaliyyətini ali məktəblərin birində davam etdirməyi planlaşdırır:

"Mən əvvəl də Naxçıvan Dövlət Universitetində dərs deyirdim. Yəqin ki, bundan sonra da ali məktəblərin birində çalışacağam. Bununla paralel olaraq gənclər sektoruna qayıtmağı düşünürəm". Sezar pizza

Qeyd edək ki, Cəbi Quliyev 1990-cı il avqustun 29-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Gecəzur kəndində anadan olub. O, 2020-ci ildə 7 saylı Ordubad-Culfa seçki dairəsindən deputat seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!