YAP-ın siyahısına düşməyən xanım deputat danışdı 

saytların hazırlanması

Evə çatdırılma

YAP-ın siyahısına düşməyən xanım deputat danışdı 

Siyasət

23 İyul 2024 16:53 1008


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısına düşməyən VI çağırış Milli Məclisin deputatlarından biri də Kamilə Əliyevadır. O, son seçkidə 111 saylı Zaqatala - Balakən seçki dairəsindən deputat seçilib. 

Kamilə Əliyeva Modern.az-a məsələ ilə bağlı açıqlama verib. 

O bildirib ki, Yeni Azərbaycan Partiyasının üzvüdür, Milli Məclisin 3 çağırışında YAP tərəfindən namizədliyi irəli sürülüb:  pizza mizza

“Bu seçkilərdə namizədliyimin irəli sürülməməsinə hörmətlə yanaşıram. Partiyamız tərəfindən qəbul edilən bütün qərarlar mənim üçün qanundur. Bakı Dövlət Universitetinin genetika kafedrasının müdiri vəzifəsində çalışıram. Bundan sonra da fəaliyyətimi burada davam etdirəcəyəm. Ulu Öndər Heydər Əliyevin siyasi irsi və bu irsi layiqlə davam etdirən müzəffər İlham Əliyevin fəaliyyəti mənim həyat yolum olaraq qalacaq və mən bu siyasi kursa həmişə sadiq olacağam”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!